Dünya
İŞİD öz komandirini edam etdi
İŞİD terror təşkilatının yüksək vəzifəli komandirlərindən biri olan Fas əsilli Hollandiya vətəndaşı Abu Ubaida Almaghribini İngilis kəşfiyyatı “Mİ6”ya işlədiyi üçün edam etdiyi iddia edilib.
Axar.az xəbər verir ki, Fas xəbər agentliyi “Alyoum24” mövzu ilə əlaqədar bu sözləri deyib: “Keçmişdə Suriyanın Hələb şəhərində İŞİD-in Kəşfiyyat şefi olaraq işləyən Fas əsilli Abu Ubaida Almaghribi İŞİD-in planları, fəaliyyətləri və hərəkətləri barədə İngiltərəyə məlumat sızdırdığı üçün başı kəsilərək edam edilib”.
İngilis “Deili Meil” qəzetinin xəbərinə görə, ABŞ-lı jurnalist Ceyms Foleyin İŞİD tərəfindən Raqqa şəhərində edam edilməsindən bir gün sonra öldürüldüyü bildirilən Almaghribinin keçmişdə Foley və digər qərbli girovların saxlanıldığı bir həbsxananın təhlükəsizlik şefliyini etdiyi də iddia edilib.
İngiltərə Xarici İşlər Nazirliyi Fas və İordaniya mediasında geniş şəkildə dərc edilən iddialarla əlaqədar açıqlama verməyib. Təhlükəsizlik xidmətlərindən “Deili Meil”ə verilən açıqlamada isə belə deyilib: “Terror təşkilatları öz aralarından kimisə götürmək istəyəndə hansısa xarici agentliyə işləyir iddialarından tez-tez istifadə edirlər”.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia