Terrorçular kəşfiyyat qərargahına hücum etdi
Bizi izləyin

Dünya

Terrorçular kəşfiyyat qərargahına hücum etdi

Somalinin paytaxtı Moqadişoda kəşfiyyat xidmətinin qərargahına hücum edilib.

Publika.az-ın məlumatına görə, hücum nəticəsində azı 15 adam ölüb.

Təhlükəsizlik rəsmisi Mohammed Hassan DPA agentliyinə bildirib ki, 8 nəfər qərargahın qabağında maşını partladıb və bundan sonra atışma başlanıb.

"Əl-Qaidə" terror təşkilatı ilə bağlı olan "əl-Şahab" qrupunun yüksək rütbəli üzvü Abu Abdulla bildirib ki, hücumda məqsəd Somali kəşfiyyatının işgəncə verdiyi günahsız müsəlmanları azad etmək olub”.

Kəşfiyyat binasında Somalinin siyasi məhbusları da saxlanır.

Qeyd edək ki, "Əl-Şahab" qrupunun məqsədi Somalidə islam dövləti yaratmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm