İsrail Suriya təyyarəsini vurdu
Bizi izləyin

Dünya

İsrail Suriya təyyarəsini vurdu

İsrail Suriya təyyarəsini vurub.

Publika.az-ın "haberturk"-ə istinadən məlumatına görə, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Suriya ilə sərhəddə Qolan Yüksəkliyində ölkənin hava məkanına daxil olan hərbi təyyarə vurulub.

İsrail ordusu bugünkü insidentin Quneytra keçid məntəqəsi yaxınlığında baş verdiyini bildirib. Suriya hökumət qüvvələri bu ərazidə prezident Bəşər Əsədə sadiq qüvvələrlə onu hakimiyyətdən devirməyə çalışan üsyançılarla ağır döyüşlər gedir.

Suriya ordusuna məxsus təyyarənin İsrailin hava məkanına təsadüfən daxil olduğu ehtimal olunur.

Suriyanın hərbi təyyarəsi "Patriot" raketi ilə vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm