Putindən Poroşenkoya cənub-şərq tələbi
Bizi izləyin

Dünya

Putindən Poroşenkoya cənub-şərq tələbi

“Dərhal substantiv, dolğun danışıqlara keçmək lazımdır, həm də texnki məsələlər barədə deyil, Ukraynanın cənub-şərqində yaşayan əhalinin qanuni maraqlarının sözsüz təmin edilməsi məqsədilə burada dövlətçiliyin və cəmiyyətin siyasi təşkili məsələlərinə dair danışıqlara başlamaq lazımdır”.

Axar.az rus mediasına istinadən bildirir ki, Putin bu barədə 31 avqustda Rusiya televiziyasının "Birinci kanal"ına verdiyi müsahibəsində bldirib.

Qeyd edək ki, son günlər separatçılar nəzarətlərində olan ərazini genşləndirmək məqsədilə Ukrayna hərbçilərinə qarşı hücumu gücləndiriblər. Kiyev isə Rusiya qoşunlarının Ukrayna ərazisinə birbaşa hücumları haqqında məlumat yayıb.

Sentyabrın 1-də Minskdə Ukrayna üzrə əlaqə qrupunun görüşü planlaşdırılıb. Danışıqlarda iştirak edəcək tərəflərdən biri də qondarma Donetsk Xalq Respublikasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm