Mafiya liderini qızıl tabutda dəfn etdilər – Foto
Bizi izləyin

Bilgi.az

Mafiya liderini qızıl tabutda dəfn etdilər – Foto

İrlandiyada övladlarının və həyat yoldaşının gözləri önündə öldürülən 45 yaşlı mafiya lideri "Kök" ləqəbli Endi Konors Dublinin cənubunda torpağa tapşırılıb.

Axar.az xəbər verir ki, mafiya lideri son səfərinə 25 min sterlinq dəyərində qızılla örtülmüş tabutun içində yola salınıb.

İngilis "Deyli Meil" qəzetində yer alan xəbərə görə, 3 milyon sterlinq dəyərində olan malikanəsi ilə məşhur olan mafiya liderinin çirkli pulların yuyulmasında ortaqlıq etdiyi şəxs və ya rəqib mafiya tərəfindən öldürülmüş ola biləcəyi bildirilib.

Mafiya liderinin cənazə mərasimi ola biləcək növbəti gərginlik üzündən fövqəladə təhlükəsizlik tədbirləri altında baş tutub.

Xatırladaq ki, mafiya lideri son dövrlərdə ölkə daxilində oğurluq avtomobillərlə əlaqədar başladılan istintaq üzündən İrlandiya polisinin nəzarətində idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm