"Hizbullah müdaxilə etsə, girovlar öldürüləcək"
Bizi izləyin

Dünya

"Hizbullah müdaxilə etsə, girovlar öldürüləcək"

Əl-Nusra cəbhəsi Livan-Suriya sərhəddində yerləşən Kalamun bölgəsinə hücum edəcəyini bəyan edib.

Axar.az xəbər verir ki, cəbhə təşkil ediləcək əməliyyat zamanı Hizbullahın hücuma müdaxilə edəcəyi təqdirdə girovları öldürəcəyini bildirib.

Təşkilatdan verilən açıqlamada qeyd edilir: “Kalamun bölgəsindəki kəndlərin nəzarət altına alınması üçün təşkil edəcəyimiz əməliyyat gələcək günlər içində başlayacaq. Şiə övladlarınızın düşmən sıralarında iştirak etməsi, əlimizdəki əsirlərin öldürülməsi demək olur. Erkən xəbərdar edilən, tədbirini alar”.

Qeyd edək ki, Livan-Suriya sərhəddində baş verən qarşıdurmalar zamanı 20 livanlı əsgər girov götürülmüşdü. Onlardan 13-ü sərbəst buraxılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm