Dünya
Kadırovçular ukraynalı əsirləri belə təhqir etdilər – Video 18+
Donbas vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlər Ukrayna hərbçilərinin əsl cəhənnəminə çevrilib.
Publika.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, yüzlərlə öldürülən əsgərdən sonra əsir düşən ukraynalı könüllülər separatçılar və kadırovçu çeçenlər kimi tanınan döyüşçülərin təhqir obyektinə çevriliblər. Sosial şəbəkədə paylaşılan video-süjetdə əsir düşənlər çeçenlərin söyüşünə və bəzi suallarına tuş gəliblər.
Separatçılar bildirib ki, ənənəni pozacaqlar və əsirləri geri qaytarmaq fikrində deyillər. Əlavə ediblər ki, əsir hərbçiləri arxa cəbhədə Ukrayna ordusunun dağıtdığı evlərin, məktəblərin və digər əhəmiyyətli ictimai obyektlərin tikintisinə, bərpasına cəlb edəcəklər.
Kadırovçulardan biri bir qədər də irəli gedərək, çeçenləri təhqir edən və onların üzlərini qırxdıracağına söz verən Doberman ləqəbli gürcü könüllünü də tezliklə ələ keçirəcəklərinə, ona əsil həyat dərsi keçəcəklərinə söz verib.
Təhqir Ukrayna əsgərlərinin hərbi formalarının soyundurulması həddinə qədər davam edib.
Xatırladaq ki, dünən Ukrayna ordusu İlovayski yaxınlığında əsl faciə yaşayıb. Onlar humanitar koridor adlanan məkandan çıxarkən tələyə düşərək, separatçıların gülləbaranı ilə üzləşiblər. Bəzi mənbələrdə ölənlərin sayının 100, digərində isə 500-ə çatdığı deyilir. Yaralanan və əsir düşənlərin sayı barədə isə məlumat tam fərqlidir.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək