İŞİD öz komandirini öldürdü
Bizi izləyin

Dünya

İŞİD öz komandirini öldürdü

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Ceyms Folinin başını kəsərək edam etməsindən sonra daha belə bir cinayət törətdiyi bildirilir.

ANS PRESS-in məlumatına görə, Suriyada və İraqda qan donduran cinayətləri ilə dünya gündəmini silkələyən İŞİD terrorçuları bu dəfə öz üzvlərindən birini edam edib. Belə ki, İŞİD terror qruplaşması, yüksək vəzifəli komandirlərindən biri olan Mərakeş əsilli Hollandiya vətəndaşı Əbu Ubayda Əlməğribini ingilis kəşfiyyat agentliyi “MI-6”ya informasiya ötürməsi səbəbilə başını kəsərək öldürüb. Bu barədə Mərakeş xəbər agentliyi məlumat yayıb.

“Əvvəllər Suriyanın Hələb şəhərində İŞİD-in kəşfiyyat rəisi olaraq işləyən Mərakeş əsilli Əbu Ubayda Əlməğribi İŞİD-in planları, fəaliyyətləri və digər hərəkətləri ilə bağlı İngiltərəyə məlumat ötürdüyü üçün başı kəsilərək edam edilib” – deyə xəbərdə qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm