İsrail bəşəriyyətə qarşı cinayət törədib?
Bizi izləyin

Dünya

İsrail bəşəriyyətə qarşı cinayət törədib?

BMT ekspertləri İsrail-Fələstin münaqişəsində İsrail tərəfindən bəşəriyyətə qarşı cinayət faktlarından birini araşdırmaq niyyətindədir.

Publika.az-ın məlumatına görə, söhbət avqustun 1-də İsraillə "HƏMAS" hərəkatı arasında qısamüddətli atəşkəs elan edildikdən iki saat sonra "HƏMAS" döyüşçülərinin bir İsrail əsgərini girov götürməsindən və buna cavab olaraq, İsrail qüvvələrinin Rəfah şəhərinə 500-ə yaxın mərmi atmasından gedir.

Ordu, həmçinin avqustun 1-i və 2-də Rəfah üzərinə 100-ə yaxın aviazərbə də endirmişdi. Məqsəd İsrail əsgərini azad etmək idi, lakin Rəfah əməliyyatı başa çatdıqda artıq 55-i uşaq olmaqla, 190 günahsız fələstinli ölmüşdü. Qəzza insan haqları qruplarının məlumatına görə, onların arasında bir ailənin 14 üzvü də olub. Rəfah sakinlərinin şəhərdən çıxışının qarşısını alması da İsrail ordusu üçün ağırlaşdırıcı fakt sayılır.

Hazırda Rəfah əməliyyatı ilə bağlı İsrailin bəşəriyyətə qarşı cinayət törətməsi faktı araşdırılır. İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi də həmin olayın araşdırıldığını təsdiqləyib.


Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm