ABŞ kəşfiyyatı: “İŞİD-i biz yaratdıq, biz maliyyələşdiririk”
Bizi izləyin

Dünya

ABŞ kəşfiyyatı: “İŞİD-i biz yaratdıq, biz maliyyələşdiririk”

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (ing. Central Intelligence Agency - CIA) yüksək rütbəli işçisi Stiven Kellinin İŞİD haqqındakı açıqlamaları böyük səs-küyə səbəb olub.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək rütbəli işçisi Stiven Kelli “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının tamamilə uydurma bir düşmən olduğunu bildirib. O, bu sözləri İranın ingiliscə yayımlanan “Press TV” kanalına verdiyi açıqlamada səsləndirib.

İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən maliyyələşdirildiyini dilə gətirən Kelli, “ABŞ-ın İŞİD-ə hücum etməli olduğunu düşünənlərə söyləyirəm: bu, tamamilə lazımsız bir həmlədir. Çünki onları biz yaratdıq, biz idarə edirik.” – deyib.

Daha sonra o, sözlərinə bu cür davam edib:
“Əgər ABŞ İŞİD-i yox etmək istəsəydi, maddi mənbəyini məhv edərdi və qruplaşmanın formalaşmasında rol oynayan şəxsləri aradan qaldırardı.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm