Ku-Kluks-Klan konfetlə qayıdır - (CNN-in sensasion xəbəri)
Bizi izləyin

Tabloid.az

Ku-Kluks-Klan konfetlə qayıdır - (CNN-in sensasion xəbəri)

Müxtəlif dövrlərdə zəncilərə, yəhudilərə və katoliklərə qarşı çıxan, onları xüsusi məhkəmələr quraraq öldürən məşhur Amerika millətçi təşkilatı Ku-Kluks-Klan (KKK) qayıdır.

Virtualaz.org saytı xəbər verir ki, CNN telekanalı təşkilatın ABŞ-ın bir çox şəhərlərində özünə tərəfdarlar topladığını üzə çıxarıb.

Ölkənin bir çox şəhərlərində yaşayış evlərinin qarşısında “klana qoşulmaq barədə” dəvətnamələr və “Hersheys” şirkətinin istehsalı olan rəngbərəng “Jolly Rancher” konfetləri ilə dolu çantalar qoyurlar.

Telekanalın xəbərinə görə, Ku-Kluks-Klan hələ yarım il əvvəl amerikalılara belə dəvətlər göndərməyə başlayıb. Ancaq Missuri ştatının əhalisinin əksəriyyəti qaradərililərdən ibarət olan Ferqyusson şəhərində ağdərili polisin qaradərili gənci güllələməsindən sonra başlayan iğtişaşların ardınca təşkilat daha da fəallaşıb.

Ku-Kluks-Klanın bir sıra üzvləri tərəfdarlarını ağdərili polislərə dəstək vermək üçün Ferqyusona getməyə çağırırlar.

CNN xəbər verir ki, Ku-Kluks-Klan dəvətnamələri və konfet bağlamalarını xüsusi seçilmiş adamlara yox, necə gəldi paylayır. Bu zaman dəvətnamə və bağlamanın qaralara çatması halları da baş verir.

Amerika insan haqları mərkəzi “Southern Poverty Law Center”in təmsilçisi Rayan Lents bildirir ki, KKK bu cür dəvətnamələri onlarla şəhərdə paylayıb. Onun bildirdiyinə görə, hazırda klanın üzvlərinin sayı 5-8 min nəfərdir.

Hüquq müdafiəçisi ötən əsrin 70-ci illərindən başlayaraq Ku-Kluks-Klanın zəiflədiyini, təşkilatın liderlərinin həbs edildiyini, həmçinin daxili ziddiyyətlər üzündən klanın dağıldığını xatırladır. Ancaq indi klan sürətlə özünə yeni tərəfdarlar toplamaqdadır.

Ku-Kluks-Klan ultrasağ və ekstremist, gizli fəaliyyət göstərən təşkilat olub. Qorxu və dəhşət saçan bu gizli təşkilat ABŞ-da 1861-65-ci illərdə davam edən vətəndaş müharibəsindən sonra cənublu əsgərlər tərəfindən yaradılıb. Təşkilat hədəf seçdiyi adamlara əvvəlcə xəbərdarlıq edib. Bu xəbərdarlıq hədəf seçilmiş şəxsə palıd ağacının budağını, yaxud yemiş tumu və ya naringı tumu göndərilməsi formasında olurdu. Xəbərdarlığı alan şəxs ya öz siyasi mövqeyini dəyişdirməli, ya da ölkəni tərk etməli idi. Əks halda onu ölüm gözləyirdi.

Ku-Kluks-Klan həmin şəxsi xüsusi məhkəmə quraraq edam edirdi. Məşhur “Linç məhkəməsi” ifadəsi də bu təşkilatın adı ilə bağlıdır. 1870-ci illərin əvvəllərində Ku-Kluks-Klan artıq fəaliyyətini dayandırıb.

KKK ikinci dəfə 1920-ci ilin ortalarında yaranıb. Nəhayət, II dünya müharibəsinin başa çatmasından sonra Ku-Kluks-Klan üçüncü dəfə gizli fəaliyyətini bərpa edib, irqi və dini azlıqların hüquqlarını müdafiə hərəkatına qarşı çıxıb. 1970-ci illərdə təşkilatın liderlərinin həbsindən sonra Ku-Kluks-Klan fəaliyyətini dayandırıb, 90-cı illərin əvvəllərində isə özünü buraxdığını elan edib.

Təşkilat olduqca mürəkkəb konspirasiya sistemindən istifadə edirdi. Qaydalara görə, klanın üzvləri heç vaxt bir yerdə toplana bilməz. Sirləri yayanları ölüm gözləyir. KKK-da həmişə mürəkkəb parol sistemindən və klanın üzvünün gəldiyini bildirən siqnallardan istifadə olunub. Klanın hər üzvü cibində mütləq fit gəzdirməli və müəyyən siqnalı gözləməlidir. Klanın üzvlərindən heç biri təşkilatın digər üzvlərinin əsl adını və növbəti toplantı yerini öyrənə bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm