150 əsgər zəhərləndi
Bizi izləyin

Dünya

150 əsgər zəhərləndi

Türkiyədə hərbi hissədə 150 əsgər zəhərlənib.


ANS PRESS-in məlumatına görə, hadisə Tekirdağın Malkara bölgəsindəki hərbi birləşmələrdən birində qeydə alınıb. Axşam yeməyindən zəhərləndikləri iddia edilən 150 əsgər, ürəkbulanma, qusma və başgicəllənməsi şikayətiylə xəstəxanaya aparılıb.


Əsgərlərin bir hissəsi müalicə aldıqdan sonra hərbi hissəyə göndərilib. Yerdə qalan hissə isə həkim nəzarətində saxlanılıb. 3 əsgərin vəziyyətinin ağır olduğu nəzərə alınaraq Tekirdağ Dövlət Xəstəxanasına sövq edilib.


Hərbi ekspertiza əsgərlərin yediyi axşam yeməyindən nümunə götürərək araşdırma aparmağa başlayıb. Faktla bağlı istintaq başladılıb və araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm