Əmək miqrantları Rusiya tarixindən imtahan verəcək
Bizi izləyin

Bilgi.az

Əmək miqrantları Rusiya tarixindən imtahan verəcək

2014-cü il sentyabrın 1-dən Rusiyaya işləməyə gedən xarici ölkə vətəndaşları tarix fənnindən könüllü imtahan verəcəklər.

2015-ci ildən isə imtahan məcburi olacaq.

Publika.az "İTAR-TASS" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xalqlar Dostluğu Universitetinin prorektoru Anjela Doljikova məlumat verib.

İmtahan vaxtı sualların 30 faizinə düzgün cavab verən miqrant işləməyə icazə alacaq. Müvəqqəti yaşayışa icazə almaq üçün cavabların 50 faizi dəqiq olmalıdır.

75 faiz düzgün cavab verənlərə isə daimi yaşayış üçün icazə veriləcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm