İki avtomobil toqquşdu: 3 yaralı
Bizi izləyin

Qırmızı.az

İki avtomobil toqquşdu: 3 yaralı

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Respublika Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, Valeh İbrahimovun idarə etdiyi “Lada” markalı avtomobil Tofiq Əhmədovun idarə etdiyi “VAZ-21104”-lə toqquşub.

Nəticədə, “Lada”nın sürücüsü və avtomobiləki sərnişinlər Rəşid Nəsibov, Şahlar Bəşirov bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb.

Hadisə yerinə gələn polis əməkdaşları bildirib ki, qəza “Lada”nın sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm