İdman
Lənkəranda 1 milyon azarkeş
Azərbaycan Premyer Liqasının IV turunun “İnter”lə oyunu “Xəzər Lənkəran” üçün maraqlı faktla əlamətdar olub.
Publika.az xəbər verir ki, stadionun tribunalarına toplaşan tamaşaçılar ölkə çempionatlarında “ağ-yaşıllar”ın oyunlarını izləyən ümumi tamaşaçı sayında 1 milyonu keçməsi üçün kifayət edib.
Yarışda debüt etdiyi 2004-cü ildən indiyədək 152 ev matçına çıxan cənublular bu matçlarını oyun protokollarına əsasən 1 milyon 4 min 677 tərəfdardar izləyib. Baş tutan 152 qarşılaşmadan ikisi boş tribunalar önündə keçirilib. Bu göstəricidə bütün rəqiblərini üstələyən “Xəzər Lənkəran” orta hesabla hər çempionat matçında 6610 azarkeş toplaya bilib.
Qeyd edək ki, 2010/11 mövsümü klubun tarixinə tamaşaçı sayında rekordla düşüb. 2005/06 mövsümündə ən aşağı göstəricinin qeydə alınması isə matçların daha az tamaşaçı tutumuna malik Olimpiya kompleksinin stadionunda baş tutması ilə bağlıdı.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı