İŞİD-in azəri camaatından şok çağırış: “İslam torpaqlarına hicrət edin”
Bizi izləyin

Nida.az

İŞİD-in azəri camaatından şok çağırış: “İslam torpaqlarına hicrət edin”

İŞİD terror təşkilatının Suriyada döyüşən Azərbaycan camaatının açıqlaması yayılıb.

Publika.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, Azərbaycan müsəlmanlarına ünvanlanan müraciətdə terror təşkilatının düzgün yolda olduğu bildirilir.

“Biz İslam dövlətinin yanlış yolda olduğunu deyənlərə demək istəyirik ki, gözlərinizi açın. Allah qüdrətli İslam dövləti qurmaq üçün müsəlmanlara şans verib. Həmçinin, Allah bizə tank, təyyarə və digər qənimətlər bəxş etdi. Biz Azərbaycan camaatı İslam Dövlətinin Raqqa şəhərindəyik. Burada şəriət qanunlarının tətbiq edirik, şəriət məhkəməsi yaratmışıq. Allaha sükürlər olsun ki, indi İslam dövləti var və bizə İslam torpaqlarında şəriəti tətbiq etməyə imkan verib. Bizi eşidən qardaş və bacılara müraciətimiz budur ki, imansızlar torpağında qalmayın, İslam torpaqlarına hicrət edin. Nisa sürəsi 97-ci ayəsində deyilir ki, mələklər onlardan soruşacaq: “Sizdə vəziyyət necə idi?” Onlar deyəcək: “Bu torpaqlarda biz zülmə məruz qaldıq”. Mələklər deyəcək: “Onda mühacirət etmək üçün Allahın yeri geniş deyilmi?” Ayənin sonunda deyilir: “Onların sığınacaqları cəhənnəmdir”.


Bu ayə imansızlar torpağında olanlar üçün sübutdur. İndi ki İslam dövləti var. Bilin ki, imansızlar ölkəsində yaşayan müsəlmanlar bizdən biri deyildir. Allahın dini şəffafdır. Peyğəmbər deyir: “Mən gecə və gündüz kimi aydın olan dini yaymışam”. Cihad bütün müsəlmanlar üçün vacibdir. Bütün müsəlmanlar müsəlmana kömək etməyə borcludur. Cihadı tənqid edən iltihablaşmış ürəklərə malik olan insanlara demək istəyirik ki, kimlər cihadın olmadığını deyir, onlar şeytanın yolundadır. Cihad buradadır, görmək və qatılmaq istəyənlər gəlsin”.


Qeyd edək ki, bundan əvvəl də İŞİD tərkibində olan, həmçinin Suriyada digər qruplar daxilində döyüşən azərbaycanlıların belə müraciətləri yayılıb. Əsas məqsəd Azərbaycan müsəlmanlarının Suriyaya döyüşməyə cəlb etməkdir.

2011-ci ilin fevral ayından Suriyada başlayan vətəndaş müharibəsinin dini müstəvidə “cihada” çevriləndən sonra 200-dən artıq azərbaycanlının bu ölkəyə yollandığı haqqında məlumatlar var. Suriyada xeyli sayda azərbaycanlının öldüyü deyilir.

Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm