“NATO Dağlıq Qarabağ münaqişəsini dirçəldə bilər” – Təhlükəli proqnoz
Bizi izləyin

Nida.az

“NATO Dağlıq Qarabağ münaqişəsini dirçəldə bilər” – Təhlükəli proqnoz

Ukrayna üzrə beynəlxalq konfransın keçirilməsi variantı dondurulmuş münaqişələr olan Dnestryanı və Dağlıq Qarabağ üçün hipotetik nümunəyə gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri yazıb.

Nəşr yazır ki, hazırki proseslər yaxşı gələcək vəd etmir: “Hadisələr Rusiya və NATO arasında münaqişənin böyüməsinin neqativ ssenarisi üzrə inkişaf edir. Ekspertlər bunu tez-tez soyuq müharibə ilə müqayisə edirlər. Lakin bu, tamamilə belə deyil. NATO-nun Şərqə doğru genişlənməsi Baltik-Qara dəniz hövzəsində münaqişə sistemini dirçəldə bilər. Beləliklə, Moskva və Vaşinqtonun rəqabəti Finlandiyadan başlayaraq Gürcüstan və Azərbaycana qədər olan ərazini əhatə edəcək”.

“Nezavusimaya qazeta”qeyd edir ki, Ukrayna münaqişəsini doğuran Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı ərazilərin yenidən bölünməsinə aparır.

“Tanınmamış separatçı rejimlər ətrafında münaqişənin donu açıla, yaxud onlar “qismən tanınmış” statusu ala bilər. Hansı ki, buraya Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və son zamanlar ortaya çıxan Novorossiya daxil edilə bilər. Eyni zamanda, Rusiya və NATO Baltik-Qara dəniz regionunda hərbi infrastruktura malikdir. Demək çətindir ki, münaqişənin böyüməsi nəticəsində regionda hərbi əməliyyatlar keçirilməyəcək”, - rus nəşr proseslərlə bağlı proqnoz verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm