Krıma əlavə rus desantları gəlir: yeni hədəf Odessadır
Bizi izləyin

Dünya

Krıma əlavə rus desantları gəlir: yeni hədəf Odessadır

“Putinin məqsədi Ukraynanın şərqini Krıma birləşdirməkdir”.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda Radanın deputatı, keçmiş müdafiə naziri Anatoli Qriçenko məlumat verib: “Putin Krımı azuqə ilə təmin edə biləcəyinə əmin deyil. Ona görə Donetsk, Xerson, Nikolayevsk vilayətlərini tam ələ keçirmək istəyir. Novoazakovsk istiqamətindəki hücumun məqsədi bu idi”.

O əmindir ki, planı həyata keçirmək üçün Rusiya diversiya qruplarını işə salacaq: “Əminəm, rusların ehtiyata göndərilmiş zabitləri artıq Kiyevdə, Ternopolda və bütün şəhərlərimizdə var”.

Qriçenko həmçinin bildirib ki, Omsk şəhərində xüsusi desant briqadası təlim keçir. Onlar Krıma gətiriləcək və buradan Odessa üzərinə hücuma keçəcəklər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm