Qırmızı.az
Sabah Bakıda bu yollar bağlı olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə əlaqədar sentyabrın 2-si və 3-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, sentyabrın 2-də saat 17:00-dan Heydər Əliyev
Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev
prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq
prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti,
eləcə də keçiriləcək digər tədbirlərlə əlaqədar Parlament,
İnşaatçılar prospektləri, Bakıxanov küçəsi, Vaqif küçəsi
istiqamətində fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər
qoyulacaq və istiqamət dəyişdiriləcək.
Bakı yol polisi xahiş edir ki, sürücülər və nəqliyyat vasitələri
sahibləri qeyd olunan tarixlərdə göstərilən istiqamətlər üzrə şəxsi
avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük
versinlər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!