Nida.az
Hacı Madər Musayev: “Azərbaycanı ləkələməyə heç kimin haqqı yoxdur”
“Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində nəinki Bakı şəhəri, hətta ucqar kəndlərimiz də abadlaşır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hacı Madər Musayev Prezident İlham Əliyevin bəzi anti-milli dairələrə xidmət edən şəxslərin hərəkətləri barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Binəqədidə görülən işlər göz qabağındadır:
“Mən özüm də bu rayonda doğulmuşam və hazırda da burada yaşayıram. Rayonlarımız, kəndlərimiz gündən-günə inkişaf edir, gözəlləşir. Bütün bunları görməyən adamlar, demək ki, kordurlar”.
M.Musayev bildirib ki, Azərbaycan xalqı, o cümlədən gəncliyi Prezident İlham Əliyevin siyasətini və dövlətçiliyi dəstəkləyir:
“Mən bu rayondan seçilmiş deputat kimi deyə bilərəm, guya burada gənclərin dövlətdən narazı qalması və nəyəsə etiraz etməsi halları olmayıb və ola da bilməz. Çünki xalq ağı qaradan, yaxşını pisdən seçməyi bacarır. Ümumiyyətlə, bu gün normal adamın Azərbaycan dövlətini ləkələməyə heç bir haqqı yoxdur. Bu dövləti ləkələmək istəyən adamlar kordur ki, heç nəyi görmək istəmirlər”.
Vasif Həsənli
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ