Pəhləvanlarımız qayıtdı – FOTO
Bizi izləyin

İdman

Pəhləvanlarımız qayıtdı – FOTO

Pəhləvanlarımız qayıtdı – FOTO

Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın yığma komandası vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq hava limanında yarışlarda uğurlu nəticələr qazanan idmançıların təntənəli qarşılanma mərasimi olub.

Qeyd edək ki, yarışda iştirak edən 21 idmançıdan 12-si vətənə medalla qayıdıb. Yığma komandaya medalların beşini güləşçilərimiz qazandırıb. Yarışlarda iştirak edən 5 yeniyetmə pəhləvanımızın hamısı finala qədər irəliləyib, onlardan 3-ü qızıl, 2-si isə gümüş medal əldə edib.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov:

“5 güləşçimizin hamısı finala vəsiqə qazandı. Onlardan 3-ü qızıl medal əldə etdi, ikisi isə gümüş medalla kifayətləndi. Çox şadıq ki, işimizin öhdəsindən layiqincə gələ bilirik. Yeniyetmələrimizin uğurlu çıxışı bizim düzgün yolda olduğumuzu göstərir”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm