Sehrli ayaqqabılar sahibinə yol göstərəcək – FOTO
Bizi izləyin

Dünya

Sehrli ayaqqabılar sahibinə yol göstərəcək – FOTO

Hindistanda fəaliyyət göstərən idman malları istehsal edən şirkət, sahibinə haraya getməyi göstərən ayaqqabı icad edib. Ayaqqabı hələ 2011-ci ildə satışa buraxılıb, amma hələlik ayaqqabıdan cəmi 50 nəfər istifadə edir.

Qırmızı rəngli ayaqqabılar GPS naviqasiya sistemi ilə yeri və marşrutu müəyyən edə bilir. Sağ və ya sol ayaqdakı ayaqqabı vibrasiya verməklə azmış adama istiqamət göstərir. Adi batareya ilə işləyən ayaqqabı həmçinin Bluetooth siqnalının köməkliyi ilə idarə olunur. Bundan əlavə, ayaqqabı yeriyərkən sərf olunmuş kalorini də hesablayır.

Qiyməti 100-150 dollar civarında olan ayaqqabını sifariş edən insanların əksəriyyəti turistlər olub. Yeni ixtira edilmiş ayaqqabı həmçinin gözdən əlil olan insanlar üçün də nəzərdə tutulub.

Şirkətin saytında 25 min insan bu ayaqqabıdan sifariş verib. Şirkət 2015-ci ilin aprelinədək 100 mindən artıq ayaqqabı satmağı planlaşdırır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm