Özünü körpüdən atdı: yol bağlandı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Özünü körpüdən atdı: yol bağlandı – SON DƏQİQƏ

3 saat polislərə qulaq asdı, sonra qəfildən əllərini sürahidən çəkdi və özünü boşluğa buraxdı...

Publika.az DHA-ya istinadən xəbər verir ki, 35 yaşı Sədrəddin Şaşqın bu gün səhər özünü Boğaziçi körpüsündən ataraq intihar edib. İntihardan öncə hadisə yerinə gələn polis düz üç saat onunla söhbət edib və adamı fikrindən döndərməyə çalışıb. Lakin polisin bu cəhdləri heç bir fayda verməyib. Nəticədə, polisi üç saat dinləyən Sədrəddin əllərini körpünün sürahisindən çəkərək özünü dənizə atıb.

Təcili tibbi yardım əməkdaşları intihar edənin həyatını xilas edə bilməyiblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm