İcbari Sığorta Bürosu kompensasiyaya 170,376 manat xərcləyib
Bizi izləyin

Ekopublika.az

İcbari Sığorta Bürosu kompensasiyaya 170,376 manat xərcləyib

İcbari Sığorta Bürosu tərəfindən 2014-cü ildə sayca 50-ci kompensasiya tələbi üzrə ödəniş həyata keçirilib.

Bürodan bu barədə Publika.az-a bildirilib ki, 01.06.2014-cü il tarixində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 142-ci km-də naməlum avtonəqliyyat vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 (beş min) manat məbləğində kompensasiya ödəniş olunub.

Ümumilikdə cari il ərzində İcbari Sığorta Bürosu tərəfindən 50 kompensasiya tələbi üzrə 170,376 manat kompensasiya ödənişi həyata keçirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm