Ərdoğan: “Qarşımıza ədalətsiz layihələrlə gələnlər bunu bilsin ki...”
Bizi izləyin

Dünya

Ərdoğan: “Qarşımıza ədalətsiz layihələrlə gələnlər bunu bilsin ki...”

Prezident postunda ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edən Rəcəb Tayyib Ərdoğan Kipr problemi ilə bağlı yunanlara mesajlar verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan Kipr məsələsində lap əvvəldən ədalətli, uzunmüddətli və hərtərəfli bir həllin tərəfdarı olduğunu bildirib.

“Qarşımıza ədalətsiz layihələrlə gələnlər bunu bilsin ki, o cür layihələri qəbul etmək tariximizi rədd etmək olardı. O halda isə bu layihələri qəbul etmək mümkün deyil. Hədəfimiz eynivaxtlı referendumun təşkil edilməsidir”, - Türkiyə prezidenti deyib.

R.T.Ərdoğan Türkiyənin əlinin hər zaman Şimali Kipr üzərində olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm