Rusiya Ukraynanı nüvə silahı ilə hədələdi
Bizi izləyin

Dünya

Rusiya Ukraynanı nüvə silahı ilə hədələdi

“Rusiya tərəfi qeyri-rəsmi kanallarla Ukraynaya qarşı nüvə silahının tətbiq edə biləcəyi barədə bizi bir neçə dəfə hədələyib”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə naziri Valeriy Qeletey “facebook” səhifəsində yazıb.

Xatırladaq ki, 3 gün əvvəl Rusiya prezidenti Vladimir Putin də dünyaya meydan oxuyub.Putinin sözlərinə görə, hazırda Rusiya ilə hər hansı bir münaqişəyə girmək heç kimin ağlından belə keçmir: "Rusiya hansısa irimiqyaslı münaqişələrdə iştirak etmək fikrindən uzaqdır. Biz bunu istəmirik, bunu etməyə hazırlaşmırıq".

Eyni zamanda, Rusiya prezidenti bildirib ki, ölkəsi ən güclü nüvə dövlətlərindən biridir: `Təbii ki, biz Rusiyaya qarşı istənilən təcavüzü dəf etməyə həmişə hazır olmuşuq. Düşünürəm ki, bu gün Rusiya ilə irimiqyaslı münaqişəyə girmək heç kimin ağlından belə keçmir`.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm