Texnoloji
Argentina ilk peykini buraxır
Argentinanın istehsalı olan ilk peyk ötən şənbə
Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru
kosmodromuna göndərilib. Oradan peykin sentyabrın ortalarında
Yerətrafı orbitə buraxılması planlaşdırılır.
Publika.az ICTnews-a istinadən bildirir ki, ölkənin cənubundakı
Rio-Neqro əyalətində San-Karlos-de-Bariloçe şəhərində yaradılan və
Arsat-1 adlandırılan peyk Argentina və sərhədyanı ölkələrin
ərazisində televiziya və internet siqnallarının, eləcə də məlumat
və telefoniyanın ötürülməsi üçün nəzərdə tutulub. Rəsmi məlumatlara
görə, bu layihəyə 250 milyon dollar yatırılıb.
Bu, ölkə ərazisində yaradılan ilk belə aparatdır. Ekspertlərin
hesablamalarına görə, Argentina 2015-ci ilin iyulunda kosmosa
Arsat-2 peykini göndərə biləcək. Hazırda mütəxəssislər Arsat-3
layihəsi üzərində işə başlayıblar.
Argentina Nazirlər Kabinetinin rəhbəri Xorhe Kapitaniç bildirib ki,
Argentina xalqı öz alimləri ilə fəxr etməlidir.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO