Qırmızı.az
Bakıda gənc oğlan qətl törətdi (VİDEO)
Bakıda gənc oğlan ağır cinayətə əl atıb. O, əlini insan
qanına batırıb.
ANS TV-yə Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə,
Xocahəsən qəsəbəsindəki “Sahil” şadlıq sarayının arxasında Buzovna
sakini 30 yaşlı Samir Eynalov 45 yaşlı Nizami Quliyevi bıçaqla
öldürüb. Samir Eynalov artıq rayon polisi tərəfindən tutularaq
istintaqa təhvil verilib. Qətl törətməkdə təqsirli bilinən Samir
Eynalov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, qətlə
yetirdiyi Nizami Quliyevin evində bir il əvvəl kirayə qalıb. Həmin
vaxt Nizami ilə mübahisəsi olub və ev sahibi onu evindən
çıxarıb.
Dünən Nizaminin qonşuluğunda yaşayan qaynı evinə qonaq gedib.
Təsadüfən küçədə Nizami ilə rastlaşıb və bu vaxt Nizami onu
görərkən gülüb. Bu isə Samirin xoşuna gəlməyib və Nizamini şadlıq
sarayının arxasına aparıb. Orada onun döş və ürək nahiyəsinə bıçaq
zərbələri vuraraq çıxıb gedib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə
cinayət işi başlanıb.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı