Lalə Dadaşova: “Əyriayaqlar geyinirsə, mən niyə geyinməyim” - MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Lalə Dadaşova: “Əyriayaqlar geyinirsə, mən niyə geyinməyim” - MÜSAHİBƏ

Tanınmış müğənni Lalə Dadaşovanın Publika.az-a müsahibəsi

- Lalə xanım, xeyli müddətdir efirlərdə yoxsunuz...

-Yaydır deyə bir az istirahət elədim.

-Bakıda, yoxsa xaricdə?

- Zaqulbada, öz bağımızda oldum.

- Ölkədən kənara çıxmağı özünüz istəmədiniz, yoxsa maddi imkan olmadı?

- Özüm istəmədim. Nəsə tənbəllik basıb məni. Bağda bir az nərd oynadım, bir-iki mahnımın üzərində işlədim.

- Yeni mahnılardır?

-15 il əvvəl yazdığım mahnılarımdır. “Oy qadası” mahnıma əl gəzdirdim. Bir də lirik musiqim var idi.

- Bu mahnıları efirdə nə vaxt dinləyəcəyik?

- Dəvət etsələr, gedib oxuyacağıq.

- Efirə dəvət edirlərmi?

- Ara-sıra dəvətlər olur.

- Amma mənə elə gəlir ki, nəsə özünüz can atmırsınız efirə çıxmağa. Sanki küskünsünüz.

- Qoy bir az da cavanlar getsinlər qabağa.

- Məncə, yaşlı sənət adamları əksəriyyəti özləri geriyə çəkiliblər. Amma sonra da inciyirlər ki, efirə dəvət edən yoxdur.

- Məndə kimisə narahat eləmək, efirə çağırılmağımı xahiş etmək xasiyyəti yoxdur. Dəvət ediblər, getmişəm, etməyiblər, getməmişəm. Məsələn, əsgərlər qarşısında dəfələrlə konsertlərim olub. Amma çəkdirib efirə verdirməmişəm. Gedib balalarımızın qarşısında çıxış eləmişəm də.

- Yaxın planda klip nəzərdə tutulur?

- Xeyr. İndi klipi çəkdirmək pul tələb edir.

- 2-3 minə klip çəkirlər.

- Bu barədə düşünməmişəm.

- Deməli, özünüz sırf toy bazarına həsr etmisiniz.

- Toy bazarına deyəndə ki, hamı bu dəqiqə toy bazarına işləyir də. Müğənnilərin oxuduqlarına fikir verin. Hamısı toy ritmindədir. Özü də elə bir ritm meydana gəlib ki, heç bu Azərbaycan ritmi də deyil. Nəsə iran-özbək ritminə oxşayır. Bu dəqiqə ən populyar müğənnilər də “çikka-çika” ritmində oxuyurlar. Neynəsinlər? Yaşamaq lazımdır da. Mən heç onları da qınamıram.

- Deməli, belə olan halda konsert də arxa plana keçir.

- İndi kim konsert verir ki? Eləsini də görmürəm. Hər halda, qışda ara-sıra olur. Jurnalistlərdən də çox şey asılıdır. İndi hərənin öz kumiri var. Bəziləri də sifarişli yazılar yazırlar.

- Sənət yoldaşlarınızla münasibətləriniz necədir?

- Hər kəslə normal münasibətim var. İlan ilində anadan olmuşam. Quyruğumu tapdamasalar, heç kimlə işim yoxdur.

- Bəs tapdasalar?

- Tapdasalar, əlbəttə, cavablarını almalıdırlar.

- Yeri gəlmişkən, bir müddət əvvəl həmkarınız Samirə Yusifqızı ilə münasibətləriniz gərginləşmişdi. Hazırda vəziyyət necədir?

- Birincisi, o, mənim həmkarım deyil, heç ola da bilməz.

- O da müğənnidir axı.

- Elə müğənnilərdən respublikada çoxdur. Barışmaqdan söhbət gedə bilməz. Mənim bir sifətim var. Heç vaxt o adamla barışmaram və bu mümkün deyil. Mən onu məhkəməyə verəcəkdim. Şair Vüqar Əhməd xahiş elədi ki, mənim xatirimə, barış getsin. Ölsəm də onunla barışmaram.

- Siz Samirə Yusifqızı ilə həm də eyni məkanda çalışrısınız...

- Bəli, eyni yerdə işləyirik. Amma situasiya davam edir. Əvvəl daha qabarıq idi, indi yenə də öz ampluasındadır.

- Necə yəni?

- Kefi istəyəndə mənə ilişir.

- Sizin reaksiyanız necə olur?

- Mənə görə elə bil ki, bu adam yoxdur.

- Bildiyimə görə, uzun müddətdir idmanla məşğulsunuz. Yenə də davam edirsinizmi?

- Hər gün idmanla məşğulam. Vaxtımın çoxunu idman alır (gülür).

- İdmanla sağlamlığa görə məşğulsunuz, yoxsa?

- Səhnəyə çıxan insan özündən əvvəl tamaşaçıya hörmət qoymalıdır. Əlbəttə, sağlamlıq olmasa, heç nə əldə etmək olmaz. Amma səhnəyə çıxırsansa, insanların zövqünü oxşamalısan ki, deməsinlər tfuu, bu nədir? Ona görə də gündə 1-2 saat idmanla məşğulam.

- 15 il əvvəl müasir, komplekssiz, bir qədər də dəqiqləşdirsək, qısa geyimləriniz olurdu. İndi o geyimləri geyinirsiniz?

- Əlbəttə, 10 il əvvəlki geyimlərimi geyinmirəm. Həm yaş, həm zövq, həm də dəb dəyişir. Qısanı ömür boyu geyinəcəyəm, 100 yaşım olsa da(gülür). Özümü yaraşıqlı və sağlam saxlayacağamsa, niyə geyinməyim? Əyriayaqlar geyinirsə, mən niyə geyinməyim?

- Deməli, tez-tez sevgi mesajları, eşq etirafları alırsınız.

- O diqqət mənə qarşı hər gün var. Mənə qarşı bir gün diqqət olmasa, özümü pis hiss etmiş olaram. Hər gün harada oluramsa olum, bir günüm komplimentsiz keçmir.

- Yəqin ki, əksər komplimentlər də gənclərdən gəlir.

- Bəli, gənclərdən gəlir komplimentlər.

- Bu sualı vermək istəmirdim. Amma belə cavablardan sonra məcburam soruşum ki, sizə kompliment deyən konkret bir şəxs varmı?

- İnsanların hisslərinə, sevgisinə hörmətlə yanaşıram. Amma həyatımda konkret kimsə yoxdu. İstəsəm olar.

- Bəs niyə istəmirsiniz?

- İstəmirəm də, nə bilim. Məndə sevgini oyatmaq asan deyil. Yəni istədiyim səviyyədə etiraflar olmur. Heç kimi təhqir etmək, hisslərilə oynamaq fikrim yoxdur. Öz xasiyyətimə və zövqümə uyğun insan, bəlkə də, qarşıma çıxacaq. Amma indi yoxdur.

- Həmin şəxs gənc biri ola bilərmi?

- Mən bu etapı keçmişəm. Onda özüm də gənc idim. Ən pis halda məndən 1-2 yaş balaca ola bilər. Yaxud da öz yaşıdım olmalıdır. Onsuz da məndən kiçiklər də məndən böyük görünürlər. Mən ailə quranda hamı elə bilirdi ki, 14-15 yaşım var. Amma 18 yaşımda ailə qurmuşdum. Qonşular atama deyirdilər ki, heç olmasa, 18 yaşı olardı, sonra ərə verərdin də.

- Deyəsən, nəvəniz də var.

- Bəli, bir nəvəm var. Allah bütün övladları qorusun.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm