Qırmızı.az
BQXK Qarabağ münaqişəsində itkin düşmüş 4500-dən çox şəxsi qeydiyyata alıb
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4500-dən çox şəxsi qeydiyyata alıb. Bu barədə Publika.az-a Komitənin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
BQXK 30 avqust - Beynəlxalq İtkinlər Gününü qeyd etməklə,
beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin faciəsi və onların
ailələrinin ağır vəziyyəti barədə daha çox məlumatlı olmağa
çağırır. Dünyanın hər bir hissəsində yüz minlərlə insan silahlı
münaqişə, təbii fəlakət və ya miqrasiya nəticəsində itkin düşüb.
İtkin düşən hər bir şəxs özündən sonra qeyri-müəyyənlik hissindən
əziyyət çəkən çox sayda insanı - xüsusilə də ailəsini qoyub
gedir.
Bərdədə keçirilən anım mərasiminin açılışında Bərdə
Sub-nümayəndəliyinin başçısı Nikola Lambert deyib: "BQXK hökumət
orqanlarını itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq
cəhdlərində dəstəkləməyə və hələ də itkinləri barədə bir xəbər
gözləyən ailələrə kömək etməyə davam edir. BQXK üçün itkin
ailələrinə dəstək göstərmək prioritet məsələdir və BQXK həmin
ailələrin ehtiyaclarının qarşılanmasına kömək etməyə çalışır. BQXK
itkin ailələrinin üzvlərindən könüllülər seçib, sosial işçi kimi
işləmələri üçün onlara təlimlər keçib. Beləliklə, könüllülərin və
yerli tərəfdaş QHT-lərin müvafiq qabiliyyət və bacarıqlarını
artırmaqla, ailələrin yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən
gəlməyə və onların müvafiq müəssisələrə yönləndirməklə çoxtərəfli
ehtiyaclarını qarşılamağa kömək etmələrini təmin edib".
2014-cü ildə itkin düşmüş şəxslər barədə məlumat toplanılmasında
yeni bir addım atılıb, yəni Azərbaycan hökuməti ilə birgə yeni
layihənin pilot mərhələsinə başlanılıb. Azərbaycan hökumət
nümayəndələrinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və digər
tərəfdaşların iştirak etdiyi Bakıdakı anım mərasimində BQXK-nın
Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran deyib:
"İtkin şəxslərin yaxın qohumlarından toplanılacaq bioloji nümunələr
itkinlər barədə artıq toplanılmış ətraflı məlumatları
tamamlayacaq".
Tədbir zamanı itkin düşmüş şəxslərin ailə üzvləri tədbir
iştirakçıları ilə öz hekayələrini bölüşüb və ən böyük
ehtiyaclarının əzizlərinin talelərinin aydınlaşdırılması olduğunu
vurğulayıblar.
BQXK Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci
ildən fəaliyyət göstərir və humanitar, neytral və bitərəf təşkilat
olaraq münaqişə qurbanlarının əzab-əziyyətini yüngülləşdirməyə
çalışır.
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR