Nail Naiboğlu Nisə Qasımovanı nəyə məcbur etdi? – FOTO
Bizi izləyin

Tabloid.az

Nail Naiboğlu Nisə Qasımovanı nəyə məcbur etdi? – FOTO

Çoxdan yaradıcılığına süküt çökən xalq artisti Nisə Qasımovadan təzə xəbər var. Belə ki, illərin sənətçisi çəkiliş meydançasında görünüb.

Publika.az-a bu barədə danışan xalq artisti yeni mahnısına klip çəkdirdiyini deyir: “Neçə il idi ki, istedadlı klipmeyker Nail Naiboğlu mənə klip çəkmək arzusundaydı. Amma mən razılıq vermirdim. Açığı, klip çəkdirmək fikrində deyildim. Amma o, mənim saqqızımı oğurlayıb razılığımı aldı. Yeni klipim popuri mahnıya çəkilib. Artıq çəkilişlər aparılıb”.

Onu da öyrəndik ki, klipdə sevilən sənətçimizi yeni imicdə görəcəyik. Sarı qıvrım saçlarda səhnəyə çıxan Nisə xanımın yeni stilini də elə klipmeyker Nail Naiboğlu məsləhət görüb. Onu da deyək ki, yeni imici xalq artistinin keçmiş zamankı görkəmini xatırladır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm