Lotu Quli klanına 2 oğru qəbul etdi: Rövşən Lənkəranski ilə müharibəyə hazırlıq
Bizi izləyin

Dünya

Lotu Quli klanına 2 oğru qəbul etdi: Rövşən Lənkəranski ilə müharibəyə hazırlıq

Türkiyədə keçirilən oğru “sxodkası”nın (toplantı) təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, “sxodka”da iki azərbaycanlıya oğru adı verilib. Bunlar Rafət Əlibayramski və Ceyhun Gəncinskidir.

Ümumiyyətlə isə, toplantı qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) doğum günü ilə bağlı olub. Quli həbsxanada olduğundan, qonaqları onun kiçik qardaşı Namiq qəbul edib. Toplaşanlar skayp vasitəsilə Quliyə təbriklərini çatdırıblar.

Klana yeni qəbul olunan qanuni oğrulara isə “xeyir-dua"nı Quli ilə yanaşı Merab Pipiya, Qoçi Rustavski və Niki Qarinski də veriblər.

Hazırda oğru dünyasını maraqlandıran bir sual var: Lotu Quli və Rövşən Lənkəranski arasında gedən müharibədə hansı tərəf qazanacaq? Çünki Lənkəranski də klanına yeni üzvlər qəbul edərək gücləndirib. Bunlar Rafət və Hacı adlı oğrulardır.

Hələ ki tərəf seçməkdə çətinlik çəkən qanuni oğrular da var. Onlardan biri Cavid Məmmədovdur. Kriminal aləmdə onu Dato Ağcabədinski kimi tanıyırlar. Ancaq Dato bu yaxınlarda deyib ki, Qulinin adamlarının əli dirsəyədək qana batıb. Ortada gəzən söhbətlərə görə, indi Qulinin adamları Datonu “qanlı dirsəkləri ilə tanış etmək” üçün məqam gəzirlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm