Məhkum ərinə telefon keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Məhkum ərinə telefon keçirmək istədi

Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.


Publika.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki Penitensiar müəssisəsində saxlanılan İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Nərminə Şaban qızı Uğruyeva həbsxanaya telefon keçirməyə cəhd edib.



N.Uğruyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş daxilində “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülüb.



İ.Uğruyev Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilib.



Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm