Qadın sürücü qəza törətdi, sərnişin öldü
Bizi izləyin

Qırmızı.az

Qadın sürücü qəza törətdi, sərnişin öldü

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Respublika Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb. 24 yaşlı Simuzər İskəndərovanın idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Nəticədə maşında olan sərnişin, 29 yaşlı Abşeron rayon sakini Vidadi Məmmədov yerindəcə keçinib.

Polis əməkdaşları qəzanın baş verməsini avtomobilin sürət həddini aşması ilə izah edir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm