Orduya nə qədər pul yığıldı?
Bizi izləyin

Qırmızı.az

Orduya nə qədər pul yığıldı?

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.


Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, 2014-cü il sentyabr ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 57 154 936 manat, 211 791 ABŞ dolları, 593 avro daxil olub.


Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm