Ebola virusuna görə işləməkdən imtina etdilər
Bizi izləyin

Dünya

Ebola virusuna görə işləməkdən imtina etdilər

Liberiyada ən böyük xəstəxananın tibb bacıları tətil elan ediblər.

Publika.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, tibb bacıları məvaciblərinin qaldırılmasını istəyir və Ebola virusu ilə effektiv mübarizə üçün daha keyfiyyətli preparatlar, ləvazimatlar tələb ediblər.

Paytaxt Monriviyanın mərkəzi səhiyyə ocağının işçiləri deyiblər ki, virus yayılandan həkimlər arasında da yoluxanlar çoxdur. Amma virusdan qorunmaqçün ləvazimat verilmir. Lazımi tibbi ləvazimat və qorunma vasitələri verilməyincə tibb işçiləri xəstəxanaya gəlməyəcəklərini bildiriblər.

Syerre-Leonedə də Ebola virusu tüğyan edir. Virusun yayılması nəticəsində ölkədə 400 nəfər həyatını itirib. Bununla bağlı prezident Bay Koroma ölkənin səhiyyə nazirini işdən çıxarıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm