Qubad İbadoğlunun şimal bölgəsinə sirli səfəri – Özəl
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun şimal bölgəsinə sirli səfəri – Özəl

Müsavat Partiyası başqanlığına namizəd Qubad İbadoğlu ötən gün Xaçmaz rayonuna səfər edərək partiyanın rayon şöbəsində qeyri-rəsmi görüşlər keçirib.

Publika.az-a bu barədə adının açıqlanmasının istəməyən partiya fəallarından biri məlumat verib.

Məlumata görə, səfər zamanı Q.İbadoğlunu Vurğun Əyyub və Adil Qeybulla müşahidə edib.
“Onlar rayon təşkilatının sədri, sıravi müsavatçılar və bir neçə qurultay nümayəndəsi ilə kiçik bir görüş keçiriblər. Lakin görüşdə hansı nəticənin olduğu dəqiq bilinmir. Sadəcə olaraq, diqqətçəkən məqam Xaçmaz Rayon şöbəsinin Arif Hacılının namizədliyini dəstəkləməsidir. Güman ki, Qubad bəy bu səfərlə Arif bəyin oradakı mövqelərini parçalamaq istəyir”, - deyə partiya fəalı bildirib.


Qeyd edək ki, partiyanın Xaçmaz rayon təşkilatı A.Hacılını dəstəkləyir. Bir neçə gün öncə təşkilatın sədr müavini Ramiz Əliyev də başqanlığa namizəd olaraq Hacılını dəstəklədiklərini bəyan edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm