Valideynlər əkiz övladlarından imtina etdi - Masallıda
Bizi izləyin

Qırmızı.az

Valideynlər əkiz övladlarından imtina etdi - Masallıda

Masallıda ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib. Məlumata görə, rayon sakini 33 yaşlı Şahnaz Nəzərova əri, 79 yaşlı Əliniyaz Nəzərovla birgə nikahından biri qız, biri oğlan olan əkiz uşaq dünyaya gətirib. Lakin ana övladlarını doğum şöbəsində ataraq uşaqlardan imtina edib.

Məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsindən Publika.az-a bildirilib ki, əkizlər Bakıya 1 saylı Körpələr Evinə təhvil verilib.

Nəsimi rayonu, 1 saylı Körpələr Evinin müdiri Nəhayət Əliyeva Publika.az-a bildirib ki, əkizlər avqustun 30-da uşaq evinə gətirilib. Uşaqlar körpələr evinə gətirildikdən sonra müayinədən keçib, səhhətlərində heç bir problem qeydə alınmayıb. Çəkiləri də, vəziyyətləri də normaldır.

Əkizlərin artıq qeydiyyata alındığını deyən N.Əliyeva onu da əlavə edib ki, uşaqlar hər iki valideynlərinin ərizəsi əsasında körpələr evinə qəbul olunub.

Qeyd edək ki, Şahnaz Nəzərova və onun həyat yoldaşı əkizlərdən imtina etməsini maddi imkanlarının ağır keçməsi ilə əlaqələndirib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm