Ukrayna və Rusiya Brüseldə bir araya gələcək
Bizi izləyin

Ekopublika.az

Ukrayna və Rusiya Brüseldə bir araya gələcək

Rusiya ilə Ukrayna arasında təbii qazın qiyməti ilə bağlı müzakirələrin növbəti mərhələsi sentyabrın 6-da Brüseldə baş tutacaq.

Publika.az xəbər verir ki, görüşdə bir neçə kompromis variantlar irəli sürüləcək. Bunlardan biri qış rejimində min kubmetrin qiymətinin 385 dollar, yay rejimində isə 325 dollar təşkil etməsidir.

Bundan başqa, avropalı mənbələr bildirirlər ki, ukraynalılar dəqiq endirimli qiymətlərin tətbiqi ilə bağlı israr edirlər. Rusiyalı nazir Aleksandr Novak isə bildirib ki, müqavilə elə tərtib edilib ki, iki qiymət təyin etmək mümkün deyil. Bu hətta fiziki baxımdan mümkünsüzdür. Başqa tərəfdən, əsas məsələ qazın qiyməti deyil, borcdur. Daim qiymətlərdən danışılır, borc unudulur. Halbuki borcun qaytarılması daha vacibdir. Elə davranırlar ki, sanki biz qazı onlara bağışlamışıq”

Nəzərə çatdıraq ki, hazırda Rusiya Ukraynaya qazın 1000 kubmetrini 485 dollardan satır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm