Qırmızı.az
Ramil Usubovun şikayəti icraata qəbul edilib
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun kinorejissor Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında (CM-nin 147 və 148-ci maddələri) şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Publika.az-ın məlumatına görə, iclasda nazir Ramil Usubov xüsusi ittihamçı kimi tanınıb və onun şikayəti icraata qəbul edilib.
Eldəniz Quliyev isə təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub.
Məhkəmə xüsusi ittihamçı Ramil Usubovun nümayəndəsi və vəkili qismində Əlirza Həbilovun, təqsirləndirilən Eldəniz Quliyevin vəkili kimi isə Elçin Sadıqovun prosesə buraxılması barədə də qərar qəbul edib.
İclasda Eldəniz Quliyevə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi üzrə hüquq və vəzifələri elan edilib.
Məhkəmə baxış iclası sentyabrın 8-i saat 11:00-a təyin olunub.
Xatırladaq ki, R.Usubovun məhkəməyə müraciət etməsinə səbəb E.Quliyevin avqustun 20-də KİV-ə verdiyi müsahibədə polisin ünvanına böhtan və təhqiredici fikirlər sələndirməsidir.
CM-nin 147 və 148-ci maddələri 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası nəzərdə tutur.
Vasif Həsənli
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO