İsmayıllıdan Suriyaya gedənlərin ikisi öldürüldü - Təfsilat
Bizi izləyin

Qırmızı.az

İsmayıllıdan Suriyaya gedənlərin ikisi öldürüldü - Təfsilat

İsmayıllı rayonundan Suriyaya Əsəd rejiminə qarşı döyüşməyə gedən vəhhabi ailələr barədə Axar.az-a sensasion məlumat daxil olub.

Məlumatı verən özəl qaynağın xəbərinə görə, gedənlərdən ikisi öldürülüb. Artıq ölənlərin barəsində yaxınlarına məlumat da verilib. Rayonda hər kəs bu hadisədən danışır. Amma öldürülənlərin kimliyi açıqlanmır.

Suriyaya gedən ailələrin taleyindən də xəbər tutmaq mümkün olmur. Onların ailələri isə nigarandır.

Xatırlatma:

Axar.az-ın avqustun 31-i gecə saatlarında yaydığı bir şok xəbərin ardınca iki nəfərin öldürülməsi haqda məlumatların gəlməsi müəyyən ehtimallar yaradır.

Güman etmək olar ki, gedənlərdən birinin arvadının İsmayıllıya zəng etməsi, ərlərinin harada olduqlarının bilmədiklərini deməsi, əsgər və zabitlər tərəfindən hər gün zorlanmalarını söyləməsi təsadüfi deyil. Təxmin etmək olar ki, öldürülənlər rayona zəng edən qadın və onunla birlikdə təcavüzlə üzləşən digərinin ərləridir.

İsmayıllıdan gedənlərlə bağlı mühüm bir olayın izinə düşmüşük və yaxın saatlarda araşdırmalarımızın nəticələrini təqdim etməyə çalışacağıq.

Xatırladaq ki, ailəsi ilə gedənlərdən biri güləşçimiz Rəşad Baxşəliyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm