Kreml Putinin adından yayılan hədəni təkzib etdi
Bizi izləyin

Dünya

Kreml Putinin adından yayılan hədəni təkzib etdi

“Kiyevin iki həftəyə alınması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin adından deyilən fikirlər həqiqəti əks etdirmir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, bu fikirlər kontekstdən çıxarılaraq yanlış izah edilib.

Xatırladaq ki, İtaliyanın “La Repubblica” qəzeti V.Putinin iki həftəyə Kiyevə ala biləcəyi ilə bağlı Qərbə xəbərdarlıq etdiyini bildirib. Qəzet bunu Avropa İttifaqı (Aİ) liderlərinin ötən şənbə günü keçirilən toplantısında gedən müzakirələrə istinadən yazıb.

Ötən şənbə günü Aİ liderləri Rusiyanın Ukraynanın şərqinə minlərlə əsgər və yüzlərlə hərbi texnika göndərməsinə cavab olaraq Moskvaya qarşı yeni sanksiyaları müzakirə ediblər. Qəzetin yazdığına görə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb. Barrozu deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: “Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm, bunu cəmi iki həftəyə edərəm”.

Putinin Barrozu ilə telefon danışığı zamanı Kiyevi almaqla hədələdiyini “Financial Times” qəzetinə Aİ-dəki yüksək rütbəli diplomatik mənbə də təsdiq edib. Mənbə deyib ki, Putin Barrozuya belə deyib: “Əgər mən doğrudan da Ukraynaya hücum etsəydim, Kiyevi iki həftəyə alardım”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm