Ceyhan tipli xam neftin aylıq qiyməti 103,08 dollar olub
Bizi izləyin

Ekopublika.az

Ceyhan tipli xam neftin aylıq qiyməti 103,08 dollar olub

2014-cü ilin avqust ayında Novorossiysk limanından 84 min 760 ton, Supsa limanından 242 min 76 ton, Ceyhan limanından 1 milyon 942 min 635 ton xam neft ixrac edilib.

Publika.az ARDNŞ-a istinadən bildirir ki, ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 677 min 785 ton, Supsa limanından 2 milyon 29 min 456 ton, Ceyhan limanından isə 13 milyon 909 min 977 ton xam neft ixrac olunub. Onu da qeyd edək ki, ARDNŞ tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

O ki qaldı avqust ayında dünya bazarında xam neftin qiymətlərinə, dünya bazarında Brend tipli xam neftin 1 bareli 101,61 dollara, Urals nefti - 102,08 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 103,08 dollara satılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm