Qadın 5 gün yuxusuzluqdan sonra öldü – FOTO
Bizi izləyin

Bilgi.az

Qadın 5 gün yuxusuzluqdan sonra öldü – FOTO

ABŞ-ın Nyu-Cersi ştatının sakini üçnövbəli işdə işlədikdən sonra yuxusuz qaldığı üçün avtomobilində keçinib.

Həmkarlarının sözlərinə görə, qadın 5 gün ərzində yuxusuz qalıb və növbələrarası fasilədə avtomobilində yatıb və bir də oyanmayıb.

Xarici mətbuatdan verilən xəbərə görə, Portuqaliyadan olan 32 yaşlı immiqrant Mariya Fernandes "Kia" avtomobilində keçinib. Onun meyiti səhər saat 8-də avtomobilin içərisində tapılıb.

Mariya Fernandes "Dunkin Donuts" kafesində, "Linden" və "Harrison" mağazalarında işləyirdi. Bununla da o, üçnövbəli işdə işləməklə özünü dolandırmağa çalışırdı.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm