Somada daha bir mədənçi öldü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Somada daha bir mədənçi öldü – SON DƏQİQƏ

Türkiyənin Manisa vilayətinin Soma şəhəri yaxınlığındakı mədəndə qəza baş verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qəzada bir işçi həlak olub.

Qəza nəticəsində yaralanan 36 yaşlı və üç uşaq atası Mətin Kəskin xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, mədəndə səhər növbəsində işləyən M.Kəskin dəmirlər arasında sıxılaraq qalıb. İş yoldaşları tərəfindən dəmirlər arasından çıxarılan M.Kəskin xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar istintaq işi başlayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm