Rusiya – Azərbaycan oyununa bilet satmırlar
Bizi izləyin

İdman

Rusiya – Azərbaycan oyununa bilet satmırlar

Rusiya – Azərbaycan oyununa bilet satmırlar

Rusiya-Azərbaycan oyununu izləmək istəyən azarkeşlər problemlə üzləşib.

Publika.az xəbər verir ki, oyunu stadiondan izləmək istəyən azarkeşlər bilet ala bilmir. Bilet almaq üçün stadiona gedən fanatlar kassaların bağlı olduğunu görüblər. “Ximki Arena” rəhbərliyinin bildirdiyinə görə, bilet satışına Rusiya Futbol İttifaqı cavabdehlik daşıyır. Onlar isə stadionun kassalarına bilet verməyib.

Rusiya mətbuatının yazdığına görə, azarkeşlər oyuna bileti yalnız sabah ala biləcəklər. Oyun günü biletlər kassalara paylanacaq. Buna qədər bilet almaq istəyənlər isə internet vasitəsilə bilet sifariş edə bilər.

Qeyd edək ki, Rusiya-Azərbaycan oyunu sentyabrın 3-də keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm