Fələstinlilər: “Türkiyə və İran olmasa, Qəzza duruş gətirməzdi”
Bizi izləyin

Dünya

Fələstinlilər: “Türkiyə və İran olmasa, Qəzza duruş gətirməzdi”

“The Palestinian Center for Policy and Survey“ təşkilatı İsrail-Fələstin münaqişəsindən sonra sosioloji sorğu keçirib.

Sorğuda Qəzza zolağı, İsrailin İudeya və Samariya şəhərlərindəki ərəblər iştirak edib.

İştirakçıların 79 faizi əmindir ki, son münaqişə HƏMAS-ın qələbəsi ilə bitib, 80 faiz isə hesab edir ki, münaqişənin başlanmasında İsrail günahkardır.

Rəyi soruşulanların 64 faizinin fikrincə, Türkiyə, İran və Qətər olmasa, Qəzza İsrail qarşısında tab gətirməzdi.

O da məlum olub ki, seçkilər indi keçirilsə, Qəzza əhalisinin 64 faizi HƏMAS lideri İsmayıl Haniyə səs verərdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm