İdxal və ixrac mallarının qiymət indeksləri bizdə
Bizi izləyin

Ekopublika.az

İdxal və ixrac mallarının qiymət indeksləri bizdə

Ölkədən ixrac olunan malların qiymət indeksi 2014-cü ilin iyun ayında əvvəlki aya nisbətən 101,8 faiz, MDB ölkələrinə ixrac olunan mallar üzrə 100,6 faiz, digər ölkələrə ixrac olunan mallar üzrə isə 101,9 faiz olub.

Publika.az xəbər verir ki, emal mərhələləri üzrə ixrac olunan aralıq məhsulların və istehlak mallarının qiymətləri 0,3 faiz bahalaşıb. İnvestisiya mallarının və digər malların qiymətləri isə dəyişməz qalıb.

İdxal olunan malların qiymət indekslərinə gəlincə, ölkəyə idxal olunan malların qiymət indeksi 2014-cü ilin iyun ayında əvvəlki aya nisbətən 100,0 faiz, MDB ölkələrindən idxal olunan mallar üzrə 99,5 faiz, digər ölkələrdən idxal olunan mallar üzrə isə 100,2 faiz təskil edib. Təsnif olunan emal mərhələləri üzrə idxal edilən istehlak mallarının qiymətləri 0,6 faiz ucuzlaşıb. Aralıq məhsulların qiymətləri 0,3 faiz və investisiya mallarının qiymətləri 0,1 faiz bahalaşıb. Digər malların qiymətləri isə dəyisməz qalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm