145 günlük su ehtiyatı qalıb
Bizi izləyin

Dünya

145 günlük su ehtiyatı qalıb

İstanbulun 145 günlük su ehtiyatı qalıb. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İstanbul bələdiyyə başçısı Kadir Toppaş jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2007-ci ildə su qıtlığı müşahidə edilən zaman anbarda 7% su ehtiyatı var idisə, hazırda bu 16%-dir.

“Yəni vəziyyət çox da pis deyil. Sadəcə, yağış yağmadığı halda anbarlarda 145 günlük su ehtiyatımız qalıb.

Bələdiyyə başçısı İstanbul sakinlərinə suyu israf etməməyi məsləhət görüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm