Bankir şahzadəyə necə çevrildi? – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bankir şahzadəyə necə çevrildi? – FOTOLAR

Hələ bir neçə ay bundan qabaq Lamido Sanusi bankir idi.

O, bahalı kostyum və qəşəng qalstuklardan istifadə edirdi. Bankda işlədiyi 30 il müddətində böyük uğur əldə edərək, "Times" qəzetinin 100 ən nüfuzlu insanı siyahısına düşüb. İndi isə Lamido Sanusi Nigeriyada ən əzəmətli monarx hesab edilir.

Publika.az bankirin necə monarxa çevrilmə tarixçəsini təqdim edir.

Lamudo Sanusi Kano şəhər əmirinin 11-ci nəvəsidir. O, 2009-cu ildə Nigeriyanın Mərkəzi Bankının başçısı olub. Bir neçə ay bundan qabaq isə Sanusi əmisinin yerinə keçərək monarx olub. Onun hakimiyyətə gəlişi söz-söhbətlərə səbəb olub, çünki monarx kimi hakimiyyətə əmirin oğlunun gələcəyi gözlənilirdi. Şayiələrə görə, Sanusinin monarx seçilməsi siyasi məqsəd güdüb. Çünki Sanusi hakim rejimin rüşvət sisteminə qarşı çıxışları ilə məşhur olub.

İndi isə Lamido Sanusi Nigeriyanın ən nüfuzlu insanıdır. O, üzünü niqab altında gizlədir, uzun paltar geyinir. O, Quran oxumaq və insanlara xeyir-dua verməklə məşğuldur.

Kano Krallığı X əsrdən fəaliyyət göstərir. XX əsrin əvvəllərində isə imperiya Nigeriyanın şimalı, indiki Niger Respublikası, Benin və Kamerunu əhatə edib. 100 il ərzində isə bu torpaqlar ingilis və fransız müstəmləkələri arasında bölüşdürülüb. Kano həmçinin Nigeriyanın şimalında yerləşən ən iri şəhər hesab edilir. Bütün ticarət yolları bu islam krallığı şəhərindən keçdiyi üçün əmir ölkədə ən mötəbər insan hesab edilir.

Kano krallığında şəriət qaydaları fəaliyyət göstərir. Sərt şəriət qanunlarına görə, qadınlar üzünü bağlamalıdır. Əks halda, onları çubuqla döyülmə, amputasiya və ya daşlama kimi cəza qaydaları gözləyir. Kano polisi isə şəriətin riayət edilməsinə nəzarət etməklə yanaşı, homoseksual və fahişələrlə mübarizə aparır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm